AZ

HƏMAS Qahirədə danışıqlarının başa çatdığını açıqlayıb

HƏMAS Qahirədə “atəşkəs və əsir mübadiləsi” danışıqlarının başa çatdığını açıqlayıb

Ednews birgun.net-ə istinadən xəbər verir ki, HƏMAS Misirin paytaxtı Qahirədə iki gündür davam edən Qəzzada atəşkəs və qarşılıqlı məhbus mübadiləsi danışıqlarının sona çatdığını açıqlayıb.

Nümayəndə heyətinin razılaşma təklifinə verdiyi cavabı Misir və Qətərdəki vasitəçilərə çatdırdığı şərhində razılaşma təklifi və ya cavabın məzmunu ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı məhbus mübadiləsi sazişi dünən Qahirədə müzakirəyə çıxarılıb. İsrail HƏMAS-ın atəşkəs təklifinə cavab vermədən Qahirəyə nümayəndə heyəti göndərməyəcəyini və müharibəni dayandırmağa razı olmadığını bəyan edir.

İsrailin yüksək rütbəli şəxsləri, xüsusilə də Baş nazir Benyamin Netanyahu, Qəzza zolağının cənubunda ən azı bir dəfə məcburi köçkünə çevrilmiş təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücuma keçəcəklərini təkrarlayırlar. 

HƏMAS isə imzalanacaq əsir mübadiləsi müqaviləsində Qəzzada müharibəyə son qoyacaq daimi atəşkəsin təmin edilməsini tələb edir.

İsrailin müdafiə naziri Yoav Gallant da Hərbi Nazirlər Kabinetinin iclasında Misir və Qətərin vasitəçiliyi ilə hazırlanan yeni atəşkəs və qarşılıqlı əsir mübadiləsi memorandumunun layihəsini müdafiə edib.

İsrail hakimiyyətinin məlumatına görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox israilli məhbus var.

Xəyal Ramiz

    

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla