AZ

“Caspian Capital Group” təltif edilib

“Caspian Capital Group”un sponsorluğu, Türk Dövlətləri Təşkilatının (TDT) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri İqtisadi Forumu 2024 (TDEF) Türk dünyasının öndə gələn iş adamlarını, sərmayəçilərini və dövlət adamlarını bir araya gətirdi.

Mayın 2-3 tarixlərində türkdilli ölkələr arasında ilk dəfə keçirilən tədbir, bu ölkələrdə mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyırdı.

Forumda “Türk dünyası ölkələri arasında iqtisadi əməkdaşlıq, onun təsiri və qlobal iqtisadiyyata töhfəsi”, "Çin yoxsa Hindistan Yolu? Ələt Azad Ticarət Zonasının əhəmiyyəti", "Türk qadını; Qadın Sahibkarların İnkişafı" və “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq - Brendləşmə, Françayzinq” başlıqlı panellər keçirilib.

Qeyd edək ki, panel müzakirələrdə ”Caspian Capital Group” şirkətinin İcraçı direktoru Elvin Mahmudov da iştirak edib.

Tədbirin sonunda forumun təşkil olunmasında göstərdiyi dəstəyə görə, “Caspian Capital Group” şirkəti "Təşəkkürnamə" ilə təltif olunub. Mükafatı Milli Məclisin deputatı Məzahir Əfəndiyev ”Caspian Capital Group” şirkətinin İcraçı direktoru Elvin Mahmudova təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla