AZ

Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər ələ keçib

Bakı. Trend:

Kirayə götürdükləri avtomobillə narkotik daşıyan şəxslərsaxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, YardımlıRayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləritədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini RöyalƏliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar.Ş.Əhmədzadənin idarə etdiyi "Toyota" markalı avtomobilə baxışzamanı nəqliyyat vasitəsinin yük yerindən 16 kiloqram marixuana və480 ədəd metadon həbi aşkarlanıb.

Onların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqlaaraşdırılan narkotacirlə əlbir olaraq Bakı şəhərinə çatdırmağıplanlaşdırdıqları müəyyən edilib. Hər iki şəxs barəsində məhkəməninqərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
38
Mənbələr
Şərh ()
Bağla