AZ

Əhalinin banklardakı əmanətləri 286 milyon manatdan çox artıb - RƏQƏMLƏR

2024-cü ilin 1 aprel tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 12 milyard 868,5 milyon manat təşkil edib.

FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu ötən ilin sonu ilə müqayisədə 286,3 milyon manat və ya 2,3% çoxdur.

Əmanətlərin 4 milyard 588,1 milyon manatı xarici valyutada formalaşıb. Bu göstərici də ötən ilin sonu ilə müqayisədə 316,9 milyon manat və ya 7,4% çoxdur.

Ümumilikdə fiziki şəxslərin depozitlərinin 7 milyard 226,7 milyon manatı müddətli, 5 milyard 641,7 milyon manatı isə müddətli depozitlərdir. Müddətli depozitlərin 2 milyard 511,7 milyon manatı, tələbli depozitlərin isə 2 milyard 76,4 milyon manatı xarici valyutada formalaşıb.

Məlumat üçün qeyd edək ki, bu ilin yanvarın 1-nə banklardakı fiziki şəxslərin əmanət portfeli 12 milyon 582,5 milyon manat təşkil edib ki, onun da 4 milyard 271,2 milyon manatı xarici valyutada formalaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla