AZ

Ofisiantı öldürən administrator cəzasının yüngülləşdirilməsini istəyir

Lənkəranda “Mandarin” restoranında çalışan ofisiant Tofis Nəsirovu öldürməkdə təqsirləndirilən həmin obyektin administratoru Seymur Bayramlının barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 6-na təyin edilib.

 

Şikayət hakim Akif Eyvazovun sədrliyi ilə araşdırılacaq.

 

O, cəzasının yüngülləşdirilməsini istəyir.

 

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Seymur Bayramlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd: 2022-ci il noyabrın 17-si saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 6 May 2024, 08:53   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla