AZ

Meksikada ABŞ və Avstraliyadan itkin düşmüş turistlərin meyitləri quyunun dibindən tapılıb

Meksikanın Aşağı Kaliforniya ştatında quyunun dibində tapılan meyitlər ABŞ və Avstraliyadan itkin düşmüş turistlərə məxsusdur.

“İki sahil” xəbər verir ki, bu barədə regionun qubernatoru Marina del Pilar sosial şəbəkədə bildirib.

“Aşağı Kaliforniya Baş Prokurorluğu bildirir ki, itkin düşən əcnəbi vətəndaşların ailələri Ensenada şəhərinin cənubunda tapılan qurbanların şəxsiyyətini təsdiqləyib”, – ştatın başçısı yazıb.

Eyni zamanda, qubernator əlavə edib ki, “Aşağı Kaliforniya ölkənin hər yerindən və dünyanın hər yerindən gələn minlərlə insan üçün təhlükəsiz turizmi olan bir ştatdır və elə də qalacaq”.

Yerli media prokurora istinadən xəbər verir ki, əcnəbi turistlər çadır şəhərciyində olub, avtomobillərini oğurlamaq istəyən quldurların hücumuna məruz qalıblar. Sörfçülər müqavimət göstərib, bundan sonra hücum edən şəxslər silahlarını çıxararaq atəş açıblar. “Oğurluğun nəzarətdən çıxdığını görən onlar cəsədləri quyuya ataraq məhv etməyə çalışıblar”, – dövlət ittihamçısı Maria Elena Andrade vurğulayıb.

Hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən üç nəfəri saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
3
Mənbələr
Şərh ()
Bağla