AZ

Yaponiyada dişlərin böyüməsi üçün dərmanın sınaq vaxtı məlum oldu

Sentyabr ayından etibarən Kitano Tibb Tədqiqat İnstitutunun bir qrup yapon alimi diş aplaziyasının müalicəsi üçün dərmanın sınaqlarına başlamağı planlaşdırır.


Aztibb.az xəbər verir ki, bu barədə “The Mainich” nəşri məlumat yayıb.


Dərmanın praktik istifadəsinə altı ildən sonra başlanılması planlaşdırılır.


Dental aplaziya gənc yaşda çənə sümüyünün inkişafı zamanı diş çatışmazlığının olması, protez və implantların istifadəsini çətinləşdirən xəstəlikdir. Hazırlanmış dərman dişlərin qönçələrinə təsir göstərir. Nəticədə, formalaşmış rudimentlər çıxmamış və ya düşmüş dişləri əvəz edə biləcək.


“Anadangəlmə diş çatışmazlığının əhalinin təxminən 1%-ni təsir etdiyi düşünülür. Altı və ya daha çox dişin olmaması (oliqodentiya kimi tanınan vəziyyət) irsi xarakter daşıyır və əhalinin təxminən 0,1%-nə təsir edir”, - məqalədə deyilir.


İnstitut materiallarına əsasən, tədqiqat üçün 30-65 yaş arasında sağlamlıq problemi olmayan, bir və ya bir neçə azı dişi əskik olan kişilər seçiləcək. Dərman venadaxili yeridilir. Araşdırma 2025-ci ilin avqust ayına qədər davam edəcək.


“Dişin bərpası üçün dərman diş böyüməsinə maneə törədən USAG-1 zülalını deaktiv edir. Komanda hesab edir ki, gələcəkdə təkcə anadangəlmə xəstəlikləri olan insanlarda deyil, həm də kariyes və ya zədə nəticəsində dişlərini itirmiş insanlarda diş yetişdirmək mümkün olacaq”, - nəşr yazır.


Mütəxəssislər bundan əvvəl 2018-ci ildə heyvanlar üzərində araşdırma aparıblar. Onlar oxşar şəkildə siçanlarda diş yetişdirməyi bacarıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla