AZ

ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...

ABŞ Gürcüstan hakimiyyətini “xarici agentlər” haqqında qanunu Avropa Birliyi  standartlarına uyğunlaşdırmağa çağırır
 
Moderator.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki,  bu haqda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi  Ceyms O'Brayen “Amerikanın səsi” radiosunun gürcü xidmətinə müsahibəsində danışıb. 
 
O deyib ki, Vaşinqton mübahisəli "xarici agentlər haqqında" qanun layihəsinin AB standartlarına uyğun olmasını təmin etmək üçün Gürcüstan hakimiyyəti ilə işləməyə hazırdır.
 
O'Brayenin sözlərinə görə, Gürcüstan hakimiyyətinin qəbul etmək niyyətində olduğu "xarici agentlər" haqqında qanun layihəsi "həddindən artıq uzağa gedir, Avropada və transatlantik məkanda normal hesab edilənləri məhdudlaşdırır".
 
“Biz dedik ki, Vaşinqtona gəlin, bizimlə qanun üzərində işləyin, lakin hər şey kimin daha çox “güc”ə malik olması barədə bir növ qəribə ictimai bəyanata çevrildi”, -deyən ABŞ rəsmisi, çox güman ki, Gürcüstanın baş nazirinin Birləşmiş Ştatlara səfər etməkdən imtina etməsinə işarə edib. 
 
Dövlət Departamentinin sözçüsü əlavə edib ki, hazırkı qanun layihəsi “Rusiya nümunəsinə əsaslanır” və onun Avropa standartlarına cavab verməsi ABŞ və Avropa İttifaqı üçün vacibdir.
 
“Gürcü Arzusu”nun hansı yolu seçəcəyi onların öz ixtiyarındadır”, – deyə O’Brayen vurğulayıb.
 
Xatırladılır ki, günlərdir davam edən kütləvi etirazlara və Qərbin xəbərdarlıqlarına baxmayaraq, “xarici agentlər” haqqında səs-küylü qanun layihəsi artıq birinci və ikinci oxunuşlarda təsdiqlənib. Gürcüstan parlamentinin təxminən iki həftə sonra qanun layihəsinə üçüncü oxunuşda baxacağı gözlənilir.
 
S.Laçın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla