AZ

Zəhərli ilanların yaşayış arealı böyüyür

Zəhərli

Bakı, 6 may, AZƏRTAC

İqlim dəyişikliyi zəhərli ilanların həyat tərzinə də təsir edir.

AZƏRTAC xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Lancet” nəşrində dərc olunub.

Məqalə müəllifləri bildirirlər ki, iqlim dəyişikliyi ilanların miqrasiyasını sürətləndirir. Buna görə də, əvvəlki illərdə ilan olmayan ərazilərdə indi gürzə və kobralara rast gəlinir. Bu da ilansancma hallarının artması ilə nəticələnir. Bir çox ölkə bu vəziyyətə hazır deyil.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyada hər il 130 minədək insan ilansancmadan ölür. Bunun da başlıca səbəbi bir çox ölkədə ilan zəhəri əleyhinə zərdabların olmamasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
4
Mənbələr
Şərh ()
Bağla