AZ

Malmödə “Avroviziya”nın açılışı olub

Mayın 5-də İsveçin Malmö şəhərində 68-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsinin açılış mərasimi olub.

“Report” xəbər verir ki, açılış müsabiqənin yutub kanalında canlı yayımlanıb.

Bütün iştirakçılar “Firuzəyi cığır” üzərində hərəkət ediblər. Yalnız İsraildən gələn nümayəndə heyəti Holokostun ildönümü ilə əlaqədar bu prosesdə iştirak etməyib.

Qeyd edək ki, bu il qitənin əsas mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları mayın 7-də və 9-da baş tutacaq. Ən yaxşı ifaçı isə mayın 11-də finalda seçiləcək.

Xatırladaq ki, Azərbaycanı bu yarışmada Fahree (Fəxri İsmayılov) təmsil edəcək. O, birinci yarımfinalda “Özünlə apar” mahnısı ilə çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla