AZ

Primeyra Liqa: “Sportinq” vaxtından əvvəl çempion elan olunub

“Sportinq” vaxtından əvvəl futbol üzrə Portuqaliya çempionatının 2023/2024 mövsümünün çempionu olub.

“Report” xəbər verir ki, “yaşıl-ağlar” “Benfika”nın “Famalikanu”ya uduzması ilə mövsümün sonuna iki tur qalmış çempion elan olunublar.

Ruben Amorimin yetirmələrinin 84, “qartallar”ın isə 76 xalı var.

“Sportinq” 20-ci dəfə Primeyra Liqanın birincisi olub. Ötən mövsüm çempion “aslanlar”ın əzəli rəqibi “Benfika” olmuşdu.

Xatırladaq ki, daha əvvəl Amorim “Liverpul”a keçidlə bağlı şayiələr fonunda gələcəyinə aydınlıq gətirərək klubda qalacağına işarə etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
2
Mənbələr
Şərh ()
Bağla