AZ

A Seriyası: “Yuventus”la “Roma”dan hərəyə 1 qol, 1 xal - Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

“Empoli” – “Frozinone” matçında qapılara qol vurulmayıb. Altı qolun vurulduğu “Milan” – “Cenoa” matçında da qalib müəyyənləşməyib.

“Kalyari” – “Leççe” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Roma” və “Yuventus” arasında paytaxtdakı “Olimpiko” stadionunda baş tutan oyunda da oxşar nəticə qeydə alınıb.

Üç qolun vurulduğu “Verona” – “Fiorentina” matçında isə meydan sahibləri qələbə qazanıblar.

35-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Salernitana” “Atalanta”nı, “Udineze” isə “Napoli”ni qəbul edəcək.

İtaliya, A Seriyası
35-ci tur
3 may

Torino – Bolonya 0:0

4 may

Montsa – Latsio 2:2
Qollar: Dyuriç, 75; 90+2 – İmmobile, 11. Vesino, 83.

Sassuolo – İnter 1:0
Qol: Loryente, 20.

5 may

Kalyari – Leççe 1:1
Qollar: Mina, 26 – Krstoviç, 84.

Empoli – Frozinone 0:0

Verona – Fiorentina 2:1
Qollar: Lazoviç, 13. Noslin, 59 – Kastrovilli, 42.

Milan – Cenoa 3:3
Qollar: Florensi, 45. Qabbya, 72. Jiru, 75 – Reteqi, 5-pen. Ekuban, 48. Tiav, 87-öz qapısına.

Roma – Yuventus 1:1
Qollar: Lukaku, 15 – Bremer, 31.

6 may

20:00. Salernitana – Atalanta
22:45. Udineze – Napoli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
43
Mənbələr
Şərh ()
Bağla