AZ

Ərdoğan söz-söhbətə son qoydu: "Baxçalı ilə aramızda hər hansı problem yoxdur"

2005-ci ildə əfsanəvi türk serialı "Kurtlar Vadisi"ndə rol alan Hollivud ulduzu Şeron Stoun serialla bağlı maraqlı müsahibə verib.

Mia.az Türkiyə  mətbuatına istinadla xəbər verir ki, məşhur aktrisa 2005-ci ildə Endi Qarsiya ilə birlikdə rol aldığı serialın çəkiliş meydançasında ingiliscə heç kimin bilmədiyini iddia edib. 

"TRT World"də qonaq olan Şeron Stoun bildirib ki, buna baxmayaraq, onlara çox böyük vəsait ödənilib: ""Kurtlar Vadisi" serialından bizə səxavətli qonorar verildi. Ancaq düzünü deyək ki, orada bizdən başqa ingiliscə heç kim  bilmirdi. Biz onlara ingilscə sual verirdik, onlar buna türkcə cavab verirdilər. Bir-birimizi anlaya bilmirdik. Ona görə, bir-birimizi bir təhər yola verdik...".

Serialın ssenari müəllifi Bahadır Özdener isə Şeron Stounun açıqlamasının  doğr olmadığını bildirib: ""Kurtlar Vadisi” prodüser qrupunda rejissordan başqa hamı ingiliscə bilirdi. Ssenari də ingiliscə idi. Çəkiliş meydançasında ingiliscə bilməyən yeganə şəxs rejissorumuz Serdar Akar idi. Əslində, bütün çəkiliş heyəti amerikalı idi. Necati Şaşmaz Amerikada yaşadığından zatən bu dili əla bilirdi. Şeron Stounla ssenari haqda əvvəldən danışıqlar da olmuşdu. Üstəlik, onunla birlikdə çəkilən  Endi Qarsiya daha sonra da İstanbula gəldi və yenidən "Kurtlar Vadisi"ndə oynadı. Bu səbəbdən, açığı, bilmirəm, aktrisa bizim haqda niyə belə yanlış açıqlama verib".

Ləman

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla