AZ

“Bilmirəm, məndən niyə xoşları gəlmir”

Misli premyer-liqasının 33-cü turunda “Turan Tovuz” “Zirə”ni qonaq edib.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra qərblilərin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Üzücü məğlubiyyətdi. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdı. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdi. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindi, təzyiq çoxdu. Bunun öhdəsindən gəlməliyik".


- Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı tədbir görəcəksiz?
- Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdi. Futbolçuları başa düşürəm, mübarizədi. Amma vərəqələr az olmalıdı.

- Yayda qapıçı transfer edəcəksiz?
- Son oyunlardı. Biununla bağlı indi açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlərin üzərində qurulub. Fərdi keyfiyyət dedikdə, bunları nəzərdə tuturam. Hər mövqedə güclənmək istəyirik. Keçənilki çempionatla bu mövsüm arasında fərqlər çoxdu. Bu mövsüm daha çətin oldu. 3-4 futbolçu transfer etməklə hazırıq desək, yalan olar. Futbolumuzda çatışmayan şey fikirdi. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə istəyirlər. Biz də nələrsə etmək istəyirik. "Turan Tovuz" 30 il əvvəl avrokubokda oynayıb. Bölgəyə futbolçu gətirmək çətindi. Ötən illə müqayisədə inkişaf etmişik. İş görmək istəyirik. Əlbəttə ki, maneələr olacaq. Ruhdan düşməməliyik.

- Mövsüm bitdikdən sonra azarkeşlərlə görüş keçirməyi planlaşdırırsız?
- Bir şeyi qəbul etmək lazımdı ki, Tovuzda kütlə böyükdür. Biz onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidi, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxırlar. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.

- Sanki bəziləri sizin haqda istefa şüarını səsləndirmək üçün fürsət gözləyir. Siz bu məsələ haqda nə düşünürsünüz?
- Mənə bu sual çox verilib. Deyirdim ki, heç kim sakitləşməyib. Məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burda futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran ikinci komandayıq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla