AZ

Basketbol: “Xəzri” yarımfinalda “NTD-İndiqo”ya rəqib oldu

Bu gün – mayın 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.

Arena.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsi çərçivəsində “Xəzri” və “Sərhədçi” komandaları arasında seriyanın 3-cü oyunu keçirilib.

Oyunun əvvəlindən üstünlüyü ələ keçirən “Xəzri” yekunda 91:70 hesablı qələbəyə sevinib. Qalib komandanın ən məhsuldar basketbolçusu Ceremi Maklaflin olub – 23 xal, 14 ribaund. “Sərhədçi”də isə Leon Cilmor fərqlənib – 18 xal, 3 ribaund.

Bu uğur sayəsində “Xəzri” seriyada ümumi hesabda 2:1 hesablı qələbə qazanaraq yarımfinalda “NTD-İndiqo”nun rəqibi olub.

Xatırladaq ki, “NTD-İndiqo” və “Xəzri” komandaları arasında yarımfinal seriyasının ilk oyunu mayın 8-də keçiriləcək. Digər yarımfinal görüşündə “Xırdalan” və “Sabah” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yarımfinal görüşlərində ən tez iki qələbə qazanan tərəf finala çıxacaq. Həlledici seriyada isə ən tez 3 qələbə qazanmış klub Azərbaycan çempionu olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
2
Mənbələr
Şərh ()
Bağla