AZ

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək

Mayın 6-ı saat 12.00 -da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda
Birliyə qəbul məsələləri ilə bağlı mətbuat konfransı keçiriləcəkdir.

Mətbuat konfransında AYB-yə qəbul qaydalarının yeni prinsipləri, mexanizmləri, üzvlüklə bağlı reallıq ətrafında mətbuat nümayəndələrinə məlumat veriləcək.

Eyni zamanda, yazıçı Həmid Herisçinin AYB-yə üzv olması ilə bağlı son günlərdəki ajiotaj, səslənən fikirlərə münasibət bildirilərəcək.
Mətbuat konfransında AYB katibi, Qəbul komissiyasının sədri Səlim Babullaoğlu, AYB katibləri Elçin Hüseynbəyli, İlqar Fəhmi və yazıçı Həmid Hersiçi də iştirak edəcəklər.
Bütün maraqlananlar dəvətlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
Mənbələr
Şərh ()
Bağla