AZ

İspaniyada “Ölməz alay” aksiyası keçirilib

İspaniyanın paytaxtı Madriddə 9-cu dəfə keçirilən “Ölməz alay” yürüşündə yüzlərlə vətəndaş iştirak edib.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Hər il bu tədbirdə iştirak etməyə çalışıram. İki babamın xatirəsini ehtiramla yad etmək mənim üçün çox vacibdir”, - deyə aksiyanın iştirakçısı İrina Krasnova öz fikrini bölüşüb.

 

Agentlikdən verilən məlumata görə, təntənəli yürüş paytaxtın tarixi simvolu olan Atoça dəmir yolu stansiyasından başlayıb. Nümayişçilər Böyük Vətən Müharibəsində iştirak etmiş yaxınlarının portretlərini gətirdilər.

 

“Bütün marşrut boyu heç bir insident və ya ictimai asayişin pozulması qeydə alınmayıb”, – nəşrdə qeyd edilir.

 

Rusiyadan sonra Qazaxıstan və Qırğızıstanın hakimiyyət orqanları daha əvvəl təhlükəsizlik səbəbi ilə “Ölümsüz alay” yürüşünün ləğv edildiyini açıqlamışdı. Rusiya-Qazaxıstan Mətbuat Mərkəzinin politoloqu və eksperti Andrey Vıpolzov deyir ki, burada başqa səbəb yoxdur. Ekspert eyni zamanda, Qələbə Günündə MDB ölkələrindən olan Böyük Vətən Müharibəsi veteranlarının da diqqətdən kənarda qalmayacağını vurğulayıb.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla