Bəzi attraksionların təhlükəsizlik, həm də təmizlik baxımından nəzarətsiz qaldığı iddia edilir.
Xezerxeber.az xəbər verir ki, bəzi valideynlər xüsusəndə həftə sonları parklara getdiklərini amma buna baxmayaraq nə dezinfeksiya, nə də təhlükəsizlik tədbirləri ilə rastlaşdıqlarını deyirlər.
Hətta valideynlər, uşağı xəsarət almasın deyə saatlarla oyun yerlərində gözlədiklərini də bildirirdilər.
Bəzi valideynlər isə bunun əksini düşünürlər.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi Sahil Mənsimov sözügedən attraksiyonların təhlükəsizliyinin mütəmadi olaraq nazirliyin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ - Mədən nəzarəti Dövlət Agentliyi tərəfindən yoxlanıldığını bildirib.
Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətindən bildirildi ki, sözügedən atraksiyonların təmizliyinə nəzarət hər rayonun səlahiyyətləri çərçivəsindədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.