AZ

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Bakı, 5 may, AZƏRTAC

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirdə 37 ölkədən 160 idmançı mübarizə aparıb.

Üçgünlük yarışların qaydalarına əsasən, qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də komanda hesabında müəyyənləşib.

Azərbaycanı kubokda qrup hərəkətləri proqramında təmsil edən Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət kollektiv çoxnövçülükdə, həmçinin 3 lent və 2 topla hərəkətlərdə bürünc medal qazanıb. Gənclər arasında fərdi çıxışlarda isə İlahə Bahadırova topla, Şəms Ağahüseynova lentlərlə hərəkətlərdə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

Böyüklər arasında fərdi proqramda qüvvəsini sınayan Zöhrə Ağamirova və Kamilla Seyidzadə isə mükafatçılar sırasında yer ala bilməyiblər.

Bununla da Azərbaycan gimnastları mötəbər turniri dörd medalla başa vurublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
2
Mənbələr
Şərh ()
Bağla