AZ

İran atom elektrik stansiyasının tikintisinə başlayır 

İran ölkənin cənub-qərbində yerləşən "Karun" atom elektrik stansiyasının birinci enerji blokunun tikintisinə başlayır.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami məlumat verib.

 

O bildirib ki, tikintinin əsas mərhələsi payızda başlayacaq. Birinci mərhələ təməl üçün betonun tökülməsi nəzərdə tutulub

 

“Nüvə stansiyasının tikintisi üzrə torpaq mülkiyyətinin sabitləşdirilməsi, hasarlanması, sahənin hazırlanması, emalatxananın təchiz edilməsi və icra işlərinin başlanması mərhələləri davam edir”, - deyə İslami jurnalistlərə bildirib.

 

Qeyd edək ki, İran 25 oktyabr 2023-cü ildə yeni atom elektrik stansiyasının tikintisinə başladığını elan edib. Atom elektrik stansiyasının gücü ən azı 300 MVt olacaq. 2041-ci ilə qədər hakimiyyət beş atom elektrik stansiyası tikməyi planlaşdırır. Bu gün ölkədə yalnız bir atom elektrik stansiyası fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla