AZ

Ağstafada qəza olub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Qəzada "Niva" ilə "Mercedes"markalı minik maşınları toqquşub.

Qəza zamanı 3 nəfər - 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
4
sia.az

9Mənbələr