AZ

Bakı dünyada birbaşa xarici investisiya yatırılan 100 şəhər arasında İLK ÜÇLÜKDƏVİDEO

Azərbaycan 100 birbaşa xarici investisiya yatırılan təyinat nöqtələri arasında 3-cü yeri tutub.

Xezerxeber.az xəbər verir ki, FDI Intelligence (EfDiAy İntelicens) nəşrinin hazırladığı hesabata əsasən paytaxtımız Bakı şəhəri bu cəhətdən sürətlə inkişaf edən yerə çevrilib.

Birbaşa yatırılan xarici investisiya baxımından Bakını yalnız Almaniyanın Mannhaym və Rumıniyanın Krayova şəhərləri qabaqlayır. Müxtəlif ölkələrdə yerləşən 100 şəhərdən 3-cü olmağı bacaran Bakı bu baxımdan böyük göstəriciyə malik olub. 

Hesabata əsasən 2023-cü ildə Bakıda son 6 ilin ən yüksək xarici birbaşa investisiya layihələri qeydə alınıb. Bura daha çox logistik layihələr daxil olub. FDI Intelligence (EfDiAy İntelicens) nəşri məlumat verir ki, Ələt Azad İqtisadi Zonasına xüsusi maraq müşahidə olunub. 

Belə ki,  Macarıstanda yerləşən Hell Group şirkəti Ələt Azad İqtisadi Zonasında alüminium içki qaqbları zavoduna 211 milyon dollar sərmayə qoymağı planlaşdırır.

Qeyd edək ki, 2023-cü ildə dünya üzrə şirkətlər tərəfindən 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiya layihələri elan edilib. Bu göstərici əvvəlki illə müqayisədə təxminən 4% çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
8
Mənbələr
Şərh ()
Bağla