AZ

"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

News24.az "Report"a istinadla xəbər verir ki, günün ikinci matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda "Turan Tovuz" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
12
news24.az

10Mənbələr

Şərh ()
Bağla