AZ

Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

\"Report\"un məlumatına görə, günün ikinci matçında \"Sabah\" \"Araz-Naxçıvan\"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda \"Turan Tovuz\" evdə \"Zirə\"yə 1:2 hesabı ilə uduzub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
12
azxeber.com

10Mənbələr