AZ

Ali təhsil müəssisələrinə köçürüləcək tələbələrlə bağlı yeni qayda – ÖZƏL AÇIQLAMAVİDEO

Ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmə yeni qaydalar əsasında keçiriləcək.

Bunu "Xəzər Xəbər"ə özəl açıqlamasında Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

Direktor bildirib ki, təhsil aldığı müddətdə müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələr təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirə bilməyəcəklər. Subbakalavrdan bakalavra müsabiqədən kənar qəbul olan tələbələrin köçürülməsinə də yol verilməyəcək.

Direktor qeyd edib ki, yerdəyişmə etmək istəyən tələbələr mütləq vaxt azlığını nəzərə almalıdırlar.

Qurum rəsmisi xaricdə ali təhsil alan tələbələri də diqqətli olmağa çağırıb. Tələbələr xaricdəki ali təhsil müəssisəsinə tam orta təhsil haqqında attestatla qəbul olublarsa, o zaman onlar köçürülə bilmək üçün müəyyən tələblərə cavab verməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
38
Mənbələr
Şərh ()
Bağla