AZ

“Ayağımdakı ağrılar yenidən özünü büruzə verdi”

Minifutbol yığmamızın Monteneqronun paytaxtı Podqoritsada keçirilənbeynəlxalq turnirin qalibi olduğunu xəbər vermişdik.

Turnir haqda fikirlərini öyrənmək üçün ilk dəfə minifutbol yığmasına çağrılan Rauf Əliyevə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Böyük futboldan sonra minifutbol turnirində iştirak etmək mənim üçün də dəyişiklik oldu. Fərq çoxdu. Nəzərə alsaq ki, mən də əvvəl oynadığım dövrdəki formada deyiləm, mənim üçün çox çətin oldu. Əvvəl davamlı məşq edirdik. Amma artıq ilyarım idi futboldan uzaq qalmışdım. Meydanda ardıcıl bir-iki oyun keçirəndən sonra ayağımdakı ağrılar yenidən özünü büruzə verdi. Futbolu da buna görə atmışdım. Buna baxmayaraq, oyunlar maraqlı keçdi. Turniri çempion kimi başa vurduq".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
1
Mənbələr
Şərh ()
Bağla