İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.Leqal.info xəbər verir ki, bu barədə “CBS News” telekanalı məıumat yayıb.Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənə kimi müzakirələrə qatılmayacaq.Xarici mətbuatın yazdığına əsasən, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, TSAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.Həmçinin xatırladaq ki, tərəflər HAMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.Bundan başqa, Vaşinqton indiyə kimi onların çox az hissəsinin həyatda olduğunun ehtimal edildiyini açıqlayıb.Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta