AZ

YXC “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirdi » AzadMedia.az


May ayının 4-də Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi (YXC İB) tərəfindən Yardımlı rayonunda “Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib. Əvvəlcə YXC İB İcraiyyə Komitəsinin üzvləri ilə tədbir iştirakçıları Yardımlı qəsəbəsində şəhidlərin xatirəsinə salınmış kompleksi ziyarət ediblər. Daha sonra Yardımlı Rayon Mədəniyyət Mərkəzində konfrans öz işinə başlayıb. Konfransda Respublikanın Əməkdar həkimi, tibb elmləri namizədi Mayıl Tağıyev, fəlsəfə üzrə elmlər doktoru, dosent İlahə Carçıyeva, pedaqoq Məleykə Abışova, “Ahəng” psixologiya mərkəzinin əməkdaşları psixo-pedaqoq Zümrüd Xalıqova, psixoloqlar Vüsalə Əmiraslanova, Nigar Fərzəliyeva, həmçinin psixoloq Vüsalə Hüseynova və kouç (təlimçi) Elşad Sadiqi çıxış ediblər.
Konfransın birinci hissəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndiririlməsi istiqamətində çıxışlar edilib. Həssas qrupdan olan uşaqlara psixoloji-pedoqoji yanaşma, onların həyat tərzi ilə bağlı iştirakçılara dolğun məlumatlar verilib. Tədbirin ikinci hissəsində erkən nikah və qohum evliliklərinin doğurduğu fəsadlardan danışılıb, bu problemlərin aradan qaldırılması üçün çıxış yolları təklif edilib.
Panel müzakirələrindən sonra YXC İB-in Qadınlar Şurasının sədrinin yaradılması barədə məsələ qaldırılıb, Sırıq kənd orta məktəbin direktoru İlahə İbrahimova yekdilliklə Qadınlar Şurasının sədri seçilib.
Konfrans çərçivəsində, həmçinin regional rəsm müsabiqəsində qalib gələn iki məktəbli YXC İB tərəfindən diplom və pul mükafatı ilə təltif edilib. Sonda Cəmiyyətin İcraiyyə Komitəsinin üzvü, Ağsaqqallar Şurasının sədri Hacı Himayət Mahmudova 75, Təftiş Komissiyasının sədri Mirzə Masıyevə 60 illik yubileyləri münasibətilə YXC İB tərəfindən Diplom və simvolik hədiyyə təqdim edilib.
Konfransdan sonra psixoloqlar xüsusi qayğıya ehtiyacı olan bir neçə uşaqla söhbətlər apararaq onların valideynlərinə tövsiyə və tapşırıqlarını çatdırıblar.
Konfrans içtirakçılar tərəfindən maraqla qarşılanıb, belə tədbirlərin davamlı olmasını təklif ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla