AZ

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?

Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi.

Lent.az xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"da təqdim edib.

2020-ci ilin iyul ayında Mayk illərlə zəhmətlə qazandığı hər şeydən - evindən, avtomobilindən və bütün əşyalarından imtina etmək qərarına gəlib. O, bunu COVID-19 pandemiyası səbəbindən hər şeyini itirmiş və depressiyaya düşən dostlarına kömək etmək və onlara uğurun şans və ilkin kapitalda deyil, zəhmətlə olduğunu göstərmək üçün edib.

Mayk gözlədiyindən daha böyük çətinliklərlə üzləşib. O, evsiz həyatının ilk günündən küçədə yaşayan insanların üzləşdiyi bütün problemləri hiss edib. Ona su belə verilməyib və gecələmək üçün yer tapmaq olduqca çətin idi. Mayk ilk 300 dollarını onlayn mebel sataraq qazanıb. Təcrübənin beşinci günündə o, kompüter ala bilib və iki həftə sonra ofis icarəyə götürüb. Bir ay sonra o, kirayə müqaviləsi imzalayıb. Sonra SMM meneceri olub, müştəriləri cəlb edib və öz qəhvə brendini yaradıb. Lakin səhhətində ciddi problemlər olduğu üçün eksperimenti erkən bitirməli olub.

Mayk bu barədə "YouTube"da rəsmi açıqlama verərək çətin bir qərar verdiyini etiraf edib. O, iki otoimmün xəstəlikdən və ciddi oynaq problemlərindən əziyyət çəkdiyini bildirib.

Mayk hesab edir ki, milyon dollar qazana bilməsə də, onun təcrübəsi uğurlu olub. O, iradənin həyatını dəyişməyə kömək etdiyinə inanır və ehtiyacı olanlara kömək etməyin həmişə vacib olduğu qənaətinə gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
Mənbələr
Şərh ()
Bağla