AZ

“Demarkasiyaya qarşı çıxan qüvvələri Rusiya himayə edir” –Ermənistanın "Respublika" Partiyasının sədri

“Sərhəddə demarkasiya prosesinə qarşı çıxan qüvvələri bir mərkəz himayə edir, bu mərkəz Rusiyadır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın “Respublika” Partiyasının sədri Aram Sarkisyan İctimai Televiziyanın  efirində deyib.

Rusiya istisna olmaqla, demək olar ki, bütün dünya ölkələri, o cümlədən Türkiyə Ermənistan – Azərbaycan sərhədlərinin demarkasiyası prosesini alqışlayıb. Başqa sözlə, Rusiya bu prosesə qarşı çıxıb”.

Politoloqun sözlərinə görə, onlar sərhəd demarkasiyasının fərqli modelini təsəvvür edirlər, dünya isə bunu qəbul etmir. Çünki bu halda vəziyyət bütün sərhəd boyu baş verə biləcək müharibəyə gedə bilər.

“Bu yürüşü təşkile dənlər hansı məsuliyyəti öz üzərlərinə götürdüklərinin fərqində belə deyillər. Bu gün Rusiya Ermənistanda Qarabağdakı oyunu oynayır. Bu hərəkatı dəstəkləyən siyasi qüvvələr, ayrı -ayrı şəxslər, birliklər bu dəyirmana su tökənlərdir. Bu dəyirmanın yalnız bir problemi var. Ermənistanda hakimiyyəti dəyişinlər, ölkəni əyalətə çevirsinlər”.

Aram Sarkisyanın sözlərinə görə, Ermənistanda Rusiya dəstəyi ilə hakimiyyətin dəyişdirilməsi prosesinə qoşulan siyasi partiyalar səmərəsiz olduqlarını, ictimai dəstək almadıqlarını göstərdilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
Mənbələr
Şərh ()
Bağla