AZ

Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi

Məşhur amerikalı müğənni Madonnanın konserti üçün Braziliyanın Kopakabana çimərliyinə təxminən 1,6 milyon insan toplaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb.

Bildirilib ki, “Celebration World Tour”un yekun konsertində iştirak etmək pulsuz olub.

Qeyd olunur ki, təkcə çimərlik deyil, həm də Rio-de-Janeyroya bitişik küçələr insanlarla dolu idi.

Rio-de-Janeyroda havanın temperaturu gün ərzində 30 dərəcəyə, konsert zamanı isə 27 dərəcəyə çatdığı üçün içməli su konsertə gələnlərə pulsuz paylanılıb.

65 yaşlı ifaçının iki saatdan çox davam edən konsertində üç mindən çox polis əməkdaşı çalışıb. Ştat və şəhər hakimiyyət orqanları konsertin təşkili üçün təxminən 3,94 milyon dollar xərclədiklərini deyirlər. Qalan xərclər özəl investorlar tərəfindən ödənilib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla