AZ

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Gürcüstanın

Tbilisi, 5 may, AZƏRTAC

Mayın 5-də Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər.

AZƏRTAC xəbər verir ki, ölkə ərazisindəki kilsələrdə inanclı insanların iştirakı ilə dini ayinlər yerinə yetirilir.

Patriarx İkinci İlia, dövlət və hökumət rəsmiləri Pasxa münasibətilə bu bayramı qeyd edənlərə təbrik ünvanlayıb.

Patriarx məktubunda ölkə əhalisinə müraciət edərək hamını sülhə və birliyə çağırıb.

Təbrik məktubunda, həmçinin qeyd olunur: “Ölkədəki qarşıdurmaya və çətin vəziyyətə baxmayaraq, biz Vətən sevgisi ilə birləşməliyik, müxtəlif fikirlərə baxmayaraq, dinc, yanaşı yaşamağı bacarmalıyıq”.

Xatırladaq ki, Gürcüstanda Pasxa ən geniş qeyd olunan bayramlardan biridir. Mayın 6-da Pasxadan sonrakı ilk bazar ertəsi Gürcüstanda “Ruhlar Günü” qeyd olunur.

Bu il Gürcüstanda Pasxa bayramı mayın 13-dək davam edəcək.

Bayramla əlaqədar təhsil müəssisələri, banklar, bir sıra dövlət qurumları işləməyəcək.

Eyni zamanda, mağazalar, apteklər, ictimai iaşə obyektləri, mühüm infrastruktur obyektləri, xəstəxanalar, dövlət və ictimai təhlükəsizlik strukturları əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla