İsrail Qəzzanın cənub-şərq sərhədində humanitar yüklərin keçdiyi “Kerem Şalom” keçidini bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“Kerem Şalom” ərazisinə Rəfah keçid məntəqəsi yaxınlığındakı ərazidən 10-a yaxın mərmi atılıb. Keçid məntəqəsi hazırda humanitar yardım maşınlarının keçidinə bağlıdır”, - məlumatda qeyd olunub.