AZ

Ağır yaralanmış azərbaycanlı vəkildən YENİ XƏBƏRLƏR

Elman Paşayev yataq rejimindədir, amma cəbhə zonasına qayıtmaq istəyir

Sabiq vəkil, Ukraynadakı müharibədə yaralanan Elman Paşayevdən yeni xəbərlər var.

Musavat.com “SHOT” Teleqram kanalına istinadən xəbər verir ki, Ukraynadakı müharibədə yaralanan keçmiş vəkil Elman Paşayev tezliklə döyüş xəttinə qayıtmaq istədiyini bildirib.

Onun sözlərinə görə, hazırda ciddi yataq rejimindədir.

PASA

Kanal Paşayevin Makeyevkadan Moskvadakı xəstəxanalardan birinə aparıldığını, yaxınlarının artıq ona baş çəkdiyini bildirib.

Teleqram kanalının məlumatına görə, yaxınları ilə söhbətində o, döyüş bölgəsinə qayıtmaq planlarını açıqlayıb. Kanalın aydınlaşdırdığına görə, keçmiş vəkil hazırda çox zəifdir - az danışır və demək olar ki, hər zaman yataqdadır. “SHOT” dəqiqləşdirib ki, həkimlər hələlik konkret proqnozlar vermirlər, lakin sağalma prosesinin uzun çəkəcəyini deyirlər.

Bundan əvvəl bildirilmişdi ki, Paşayev bir ildən artıqdır ki, döyüş zonasındadır. Keçmiş vəkilin yaxın dostu və köməkçisi bildirib ki, Paşayevin dəstəsi Uqledar yaxınlığında atəşə tutulub. Hüquq müdafiəçisi kamikadze pilotsuz təyyarənin hücumu nəticəsində yaralanıb, çoxlu qəlpə yaraları alıb, həyati vacib orqanları zədələnməyib.

Bundan əvvəl “SHOT” Teleqram kanalı Paşayevin ağır yaralandıqdan sonra yeriyə bilmədiyini yazmışdı. Kanalın müəllifləri yazır ki, həkimlər hələ vəkilin dayaq-hərəkət funksiyalarının bərpası ilə bağlı heç bir proqnoz verməyiblər.

Elman Məhərrəm oğlu Paşayev 22 dekabr 1971-ci ildə Şişqaya kəndində doğulsa da, sonralar ailəsi ilə birlikdə Şəki şəhərinin Şəki kəndinə köçüb, orta məktəbi də həmin kənddə bitirib.

8-ci sinifdə oxuyarkən valideynləri və qardaşını avtomobil qəzasında itirib. 1989-1991-ci illərdə Odessa və Pridnestrovya vilayətində hərbi xidmət keçdikdən sonra bir müddət Bakıda hüquq-mühafizə orqanlarında çalışıb. Elmə olan həvəsi onu 1997-ci ildə təhsilini davam etdirmək üçün Moskva şəhərinə gətirib, burada əvvəl Moskva Hüquq İnstitutunu, Moskva (indiki Kutafin adına) Dövlət Hüquq Akademiyasını, sonra həmin akademiyanın aspirantura pilləsini bitirib.

Elman Paşayev aldığı iki hüquq təhsili ilə kifayətlənmir, daha sonra Mediasiya İnstitutunu oxuyub, bir müddət mediatr kimi fəaliyyət göstərib. Eyni zamanda o, Prezident yanında Moskva Dövlət İdarəçilik Akademiyasında da təhsil alıb. Elman Paşayev daha sonra təhsilini Fransanın Strasburq şəhərində Beynəlxalq İnsan Hüquqları İnstitutunda təkmilləşdirir.

İngiltərədə, Londonda, Yaponiyada, Tokioda (dünyanın ən qabaqcıl universitetlərində (ABŞ-da, Oksfordda) tanınmış təhsil ocaqlarında mühazirələr oxuyub. 2003-cü ildən hüquqşünas kimi fəaliyyətə başlayan Elman Paşayevin çox çətin və qalmaqallı məhkəmə proseslərində qazandığı uğurlar ona MDB məkanında, Avropa ölkələrində, Amerika Birləşmiş Ştatlarında və dünyanın başqa inkişaf etmiş aparıcı dövlətlərində böyük şöhrət qazandırıb.

ELMANO.png

Qeyd edək ki, azərbaycanlı vəkil Elman Paşayev 2020-ci ilin iyun ayında Moskvada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Mixail Yefremovun vəkili olub. Məhkəmənin hökmü ilə Mixail Yefremov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Aktyor Mixail Yefremovu müdafiəsi zamanı yol verdiyi pozuntulara görə Elman Paşayevin vəkillik statusu ləğv edilib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla