AZ

İstirahət və əyləncə üçün Fransaya gedən azərbaycanlıların sayı 39 dəfə artıb


Bu ilin ilk 3 ayı ərzində turizm məqsədiylə Fransaya 869 nəfər Azərbaycan vətəndaşı səfər edib.
Yeniavaz.com
xəbər verir ki, Fransaya səfər edən Azərbaycan vətəndaşlarının 472-si işgüzar məqəsdlə, 312-si istirahət və əyləncə, 72-si isə qohumlara, dostlara baş çəkmək məqəsdiylə bu ölkəyə gediblər.
Müqayisə üçün qeyd edək ki, istirahət və əyləncə üçün Fransaya səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrünə nisbətən 39 dəfə artıb. Belə ki, ötən ilin ilk 3 ayında istirahət və əyləncə üçün Fransaya 3 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Elnur Əli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla