AZ

Prokurorluq Bakıdakı dəhşətli hadisə ilə bağlı məlumat yaydı

Bakıda baş verən qətllə bağlı cinayət işi açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğu məumat yayıb.

Bildirilib ki, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
9
Mənbələr
Şərh ()
Bağla