AZ

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Paris, 5 may, AZƏRTAC

Azərbaycanın Parisdəki səfirliyinin Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə incəsənət nümayəndələri, yerli ictimaiyyətin, eləcə də Azərbaycan diasporasının üzləri iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı istiqamətində müstəsna xidmətlərindən danışıb. Diplomat Ümummilli Liderin SSRİ dövründən başlayaraq müstəqillik illərinədək siyasi, iqtisadi, hərbi və sosial sahələrin inkişafı istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətindən söz açıb.

Tədbir Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə davam edib. Fransanın “Ecole Normale de Musique de Paris Alfred Cortot” musiqi məktəbinin məzunu, “Qızıl açar” beynəlxalq musiqi müsabiqəsinin laureatı, gənc fleytaçı Ağarəhim Quliyev və gənc pianoçu Eldəniz Ələkbərzadə Avropa və Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onlar Feliks Mendelson, Qabriel For, Robert Şuman kimi Avropa bəsətəkarların əsərləri ilə bərabər, Azərbaycanın bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun da musiqilərini səsləndiriblər.

Tədbir çərçivəsində Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Baharın nəfəsi” adlı sərgi də təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
2
Mənbələr
Şərh ()
Bağla