AZ

Bakıda qadın boğularaq öldürüldü: Əri saxlanıldı

Bakıda 28 yaşlı qadın qətlə yetirilib.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumata görə, hadisə bu gün saat 15:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 1996-cı il təvəllüdlü Ayşən Namaz qızı Məmmədova boğularaq qətlə yetirilib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun həyat yoldaşı 1996-cı il təvəllüdlü Nurəddin Mehbalı oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
20
avtosfer.az

10Mənbələr

Şərh ()
Bağla