AZ

Gədəbəyə dolu düşüb - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 5-i saat 16:45-ə olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Balakən, Şəmkir, Tərtər, Şəki, Sarıbaşda yağış yağır.

Gədəbəyə saat 16:31-16:33 radələrində diametri 10 mm olan dolu düşüb.

Şamaxı, Balakən, Göygöl, Daşkəsən, Qaxda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 19-21, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
Mənbələr
Şərh ()
Bağla