AZ

“Atletiko”nun Depay qərarı

“Atletiko” Memfis Depayla yayda yollarını ayıracaq.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid klubunun baş məşqçisi Dieqo Simeone niderlandlı hücumçunun çıxışından razı deyil. Depay növbəti mövsümdə argentinalı mütəxəssisin planlarına daxil deyil. “Atletiko” digər forvard Alvaro Morata ilə yayda vidalaşmağı planlaşdırıb.

Qeyd edək ki, Memfis 2023-cü yanvarından “Atletiko”da çıxış edir. Onun komanda ilə müqaviləsi gələn ilin yayında bitəcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
32
idman.biz

10Mənbələr

Şərh ()
Bağla