AZ

Koul Palmer - Premyer Liqada mövsümün ən səmərəli futbolçusu!

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 2023/2024-cü illər mövsümünün ən səmərəli futbolçusudur.

Arena.az məlumat verir ki, ingilis futbolçu cari mövsümdə qollar və məhsuldar ötürmələrin cəmi üzrə 33 xal toplayıb – 22 qol və 11 məhsudlar ötürmə.

Müvafiq göstəricidə Palmer cari mövsümün ən səmərəli futbolçusu olub. İngilis yarmmüdafiəçi Premyer Liqanın ən sərrast futbolçusu, “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halandı 1 xal qabaqlayıb. Halandın hesabında 27 qol və 5 məhsuldar ötürmə var – cəmi 32 xal.

Maraqlıdır ki, Palmer ayrılıqda həm qollar və həm də məhsular ötürmələr üzrə cari mövsümdə lider deyil, 2-cidir. Premyer Liqanın cari mövsümündə məhsuldar ötürmələrin sayı üzrə lider isə “Aston Villa”nın ingilis mərkəz hücumçusu Olli Uotkinsdir – 13 məhsuldar ötürmə. Həmçinin Uotkinsin hesabında 19 qol var. Beləliklə qollar və məhsuldar ötürmələrin cəmi üzrə Uotkins də 32 xal toplayaraq, 3-cü nəticəni göstərib.

Xatırladaq ki, Koul Palmer İngiltərənin digər klubu “Mançester Siti”nin yetirməsidir. İngilis yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 27 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
32
arena.az

10Mənbələr