AZ

Göbbelsin möhtəşəm villası hədiyyə verilir: istəyən yoxdur

Berlinin maliyyə nazirliyi nasist təbliğatının rəhbəri Yozef Göbbels üçün inşa edilmiş göl kənarındakı villanın sökülməsinin qarşısını almaq üçün hədiyyə etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Berlinin maliyyə naziri Stefan Evers bildirib ki, villa təmiri öz üzərinə götürən hər kəsə pulsuz istifadəyə verilə bilər.

Evers villanın yerləşdiyi Brandenburq əyalətindən yeni təklif alacağına ümid etdiyini ifadə edərək, “Mən bu əmlakın idarəçiliyini öz üzərinə götürmək istəyən hər kəsi onu Berlin əyalətindən hədiyyə kimi qəbul etməyə dəvət edirəm” deyib.

“Ötən onilliklərdə olduğu kimi yenidən uğursuzluğa düçar olsaq, Berlinin artıq hazırladığımız söküntünü həyata keçirməkdən başqa yolu qalmayacaq”, - o əlavə edib.

Qeyd edək ki, bəhs edilən villa Göbbels üçün Berlin yaxınlığında1936-cı ildə 17 hektarlıq ərazidə tikilib.

Göbbelsin villadan bir çox gizli işləri üçün, xüsusilə də "sevgi yuvası" kimi istifadə etdiyi ehtimal olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla