AZ

"Bavariya"nın müdafiəçisi "Real"a qarşı oynamayacaq

"Bavariya"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Rafael Qerreyro sıradan çıxıb.

Portuqaliyalı futbolçu Bundesliqanın 32-ci turunun "Stuttqart"la matçında zədələnib. 30 yaşlı sol cinah müdafiəçisi Çempionlar Liqası yarımfinal mərhələsinin "Real"la cavab oyununda iştirak etməyəcək.

Qeyd edək ki, Rafael Qerreyro mövsümün əvvəlindən "Bavariya"da çıxış edir. Portuqaliya millisinin üzvü Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla