AZ

“Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” müzakirə olunub

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, Forum rəsmi açılış mərasimindən sonra işini panel sessiyalarla davam etdirib.

 

“Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyada TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova da çıxış edib.

 

Z.Ədilova bildirib ki, reytinq auditoriyanın oxuduğu və ya izlədiyi məlumatlara emosional yanaşma üzərində qurulan sistemdir. Buna görə də peşə etikası normalarına, müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə əməl olunmalıdır. 


“Bu tələblər arasında şəxsi və ailə həyatına aid sirlərin mühafizəsi və başqa vacib məqamlar vurğulanıb.  TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə də tez-tez media nümayəndələri tərəfindən sosial məsələlər, həmçinin məişət zorakılığı, eləcə də erkən nikah nəticəsində doğuş halları baş verdiyi təqdirdə sorğular daxil olur. Tərəfimizdən hər zaman konfidensiallığın qorunmasına xüsusi diqqətlə yanaşılır”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla