AZ

Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI


Şəmkir rayonunda baş vermiş avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

News24.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan 1986-cı il təvəllüdlü Həbib Rzayev bölgədə tanınmış müğənnidir.

Qəza nəticəsində dünyasını dəyişən isə onun oğlu, 2007-ci il təvəllüdlü İlkin Rzayevdir.

Mərhum Şəmkir rayonunda təşkil olunan bir çox tədbirlərdə öz ifası ilə tanınırmış.

Qeyd edək ki, hadisə mayın 4-də Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində, “Yasamal” aşırımı deyilən yerdə baş verib. Belə ki, “Nissan” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində daha 3 nəfər, Salahov Samir (1987), Həsənov Məhəmməd (1995) və 3 yaşlı uşaq da xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla