AZ

Rusiya hücumu genişləndirməyə hazırlaşır- Zelenski müttəfiqlərinə xəbərdarlıq etdi

Image

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkəni müharibənin yeni mərhələsi gözləyir. Zelenski qeyd edib ki, Rusiya hücumu genişləndirməyə hazırlaşır, Kiyev və müttəfiqləri isə buna imkan verməməlidirlər və bu planı pozmalıdırlar. Bu barədə Ukrayna prezidenti Xmelnitski vilayətində sərhədçilər ilə görüşdə çıxışı zamanı danışıb.

Zelenskinin sözlərinə əsasən, Ukrayna hərbçiləri və sərhədçiləri artıq 800 gündür Rusiyanın hücumuna müqavimət göstərirlər. Ukrayna liderinin bəyanatına əsasən, Ukrayna sübut etməlidir ki, işğalçılar heç bir halda qoyduqları məqsədlərinə çata bilməyəcəklər.

Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadin Skibitski “The Economist”ə müsahibəsində qeyd etdi ki, Rusiya artıq may ayında hücuma keçə bilər. Onun məlumatına görə, Rusiya Federasiyası Donetsk, Xarkov və Sumi vilayətlərində əlavə hərbi qüvvələr yerləşdirir. Skibitskinin məlumatına əsasən, Ukrayna Silahlı Qüvvələrinin əsas dayaq məntəqəsi  olan Çasov Yar ən ağır hücuma məruz qalacaq.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla