AZ

Xaçmazda yaşayan pravoslavlar milli bayramlarını qeyd edirlər - VİDEO

Bu gün Azərbaycanda pravoslavlar Pasxa bayramını qeyd edirlər. Xaçmazda yaşayan pravoslavlar da milli bayramlarını qeyd etmək üçün Xaçmaz şəhərində yerləşən kilsəyə yığışıblar.

Bizim.Media xəbər verir ki, kilsənin rəhbəri Georgi Ata və bütün dindarlar gecə boyu məsciddə ibadət və dualar ediblər.

Səhər saat 5-də evlərinə dönən Xaçmaz pravoslavları bu gün Pasxa bayramını qeyd edirlər.
Məlumatı Xaçmaz rus icmasının sədri Azər Navi Bizim.Media-ya verib.

Onun sözlərinə görə, katoliklər isə Pasxa bayramını ötən həftə qeyd ediblər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
31
Mənbələr
Şərh ()
Bağla