AZ

İlahiyyatçı qadınların qaş almalarından danışdı: "Allaha üsyandır"


"İslam dininə görə, bədən əzalarını təhrif etmək doğru hesab olunmur. Ancaq hansısa əzanı, saçı, saqqalı, qaşı səhmana salmaq, tənzimləmək, əcaib görkəmdən normal duruma gətirmək icazəlidir. Din bəzi məsələləri adətin ixtiyarına buraxır. Qaş almaq da belədir. Bəzi məsələlər var ki, doğru sayılmır. Məsələn, Peyğəmbər zamanında kişilər gözlərinə sürmə çəkirdilər. Ancaq indi kişilərin sürmə çəkilmələri yaxşı adət sayılmır. Əksinə, qadınlara xas zinət sayılır".

News24.az bildirir ki, bu sözləri Pravda.az-açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, qadınların qaşı tam kökündən qazıyıb, yerinə yeni qaş düzəltmək Allaha üsyandır: "Yəni bu, o deməkdir ki, "Sən yaradanda yaxşı yaratmamısan, indi mən daha yaxşı dizayn verirəm". Bu, olmaz. Sadəcə, düzəliş etmək, qaydaya salmaqda isə problem yoxdur".


 



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
3
Mənbələr
Şərh ()
Bağla