AZ

“Bütün dövlətlərarası əlaqələr kəsilib” – Rusiya XİN-dən AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyi Baltikyanı ölkələrlə münasibətlərin tamamilə kəsilməsi ehtimalını qiymətləndirib.

KONKRET.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva heç vaxt diplomatik münasibətləri kəsməyə cəhd etmir:

“Rusiya həmişə dialoq imkanlarını qoruyub saxlamağa çalışır. Dost olmayan ölkələr normal qarşılıqlı əlaqəni çətinləşdirmək üçün mümkün olan hər şeyi edirlər. Baltikyanı ölkələr bu sahədə xüsusilə uğurlu olub. Vilnüs, Riqa və Tallinin açıq düşmən xəttinə görə Rusiya ilə bütün dövlətlərarası, regional və sektoral əlaqələr kəsilib”, – Zaxarova əlavə edib.

Burhan,

KONKRET.az

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla