AZ

“Makron Si Cinpinə Ukrayna ilə bağlı təzyiq edəcək” – “Reuters”

Çin prezidenti Si Cinpin iki günlük Parisə səfərə gedir.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” yazır.

Bildirilir ki, fransalı həmkarı Emmanuel Makron Si Cinpini Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya təsir imkanlarından istifadə etməyə inandırmaq çalışacaq.

Agentlik vurğulayır ki, Avropa ilə Çin arasında ticarət gərginliyinin yüksəldiyi bir vaxtda Makronun bu məqsədlərə asanlıqla nail olması real görünmür.

Yelisey Sarayının müşaviri Si Cinpinin beş ildə Avropaya ilk səfəri öncəsi açıqlama verib:

“Biz Çin hakimiyyətinə ticarət məsələlərində bizə daha çox zəmanət vermək üçün təzyiq göstərməyə davam etməliyik”.

Rəsmilər bildiriblər ki, Fransa, həmçinin Çin bazarının kənd təsərrüfatı ixracatına açılmasında irəliləyiş əldə etməyə və fransız kosmetika sənayesinin əqli mülkiyyət hüquqları ilə bağlı qaldırdığı narahatlıqları aradan qaldırmağa çalışacaq.

Qeyd edək ki, Si Cinpinin Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşü planlaşdırılır.

Burhan,

KONKRET.az

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla